ÇL-də danışılmış oyun, yoxsa, İngiltərə futbolunda Vanqa peyda olub?
UEFA Çempionlar Liqasının “ÇSKA” – “Tottenhem” matçının nəticəsi oyundan bir gün əvvəl verilən proqnozla diqqət çəkib. Rusiya mətbuatına müsahibəsində - “”görüş 0-1 hesabı ilə bitəcək. Qələbə qolunu isə Son Hın Min vuracaq” deyən Hari Rednapın mülahizəsi özünü tam doğruldub. “Tottenhem” və İngiltərə millisinin sabiq baş məşqçisinin “uzaqgörənliyi” həmin müsahibə ilə tanış olanların bəzilərində hətta “danışılmış oyun” şübhəsi də yaradıb.