ÇL: Madrid derbisinin hakimləri bəlli oldu
Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində keçiriləcək "Real" (Madrid) - "Atletiko" (Madrid) matçının hakimləri bəlli olub. SportLine.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, derbiyə İngiltərədən olan hakimlər briqadası təyinat alıb.
Matçda əsas söz sahibi Martin Atkinson olacaq. Ona Stefen Çayld və Stüart Bart kömək edəcək. Əlavə köməkçi hakimlər Entoni Teylor və Maykl Oliver, dördüncü hakim isə Ceyk Kollin olacaq.
Qeyd edək ki, "Real" (Madrid) - "Atletiko" (Madrid) matçının start fiti mayın 2-i, Bakı vaxtı ilə 22:45-də səslənəcək.