ÇL: "Porto" qalib gələ bilmədi, "Vilyarreal" uduzdu

UEFA Çempionlar Liqasında pley-off həyəcanı davam edir. SportLine.az xəbər verir ki, ilk oyunlar çərçivəsində bu gün daha beş qarşılaşma keçirilib.

Gecənin maraqlı oyunlarından biri Portuqaliyada olub. "Porto" doğma meydanda "Roma" ilə münasibətləri aydınlaşdırıb. Qarşılaşmada qalib müəyyənləşməyib. 

"Vilyarreal" - "Monako" duelində isə qonaqlar seviniblər.

"Qarabağ"ı məğlub edərək pley-off mərhələsinə yüksələn "Viktoriya" (Plzen) "Ludoqorets"in (Razqrad) qonağı olub. Çexiya təmsilçisi ilk görüşdən məğlub ayrılıb.

 17 avqust 2016
Çempionlar Liqası, pley-off mərhələsi
İlk oyunlar

“Ludoqorets” (Bolqarıstan) - “Viktoriya” (Çexiya) - 2:0
QOLLAR: 
Moti, 51 (pen.), Vura, 64

“Seltik” (Şotlandiya) - “Hapoel” (Beyer-Şeva, İsrail) - 5:2
QOLLAR: 
Rogic, 9, Qriffit, 39, 45+1, Dembele, 73, Braun, 85 - Marahao, 55, Melikson, 57

“Dandalk” (İrlandiya) - “Legiya” (Polşa) - 0:2
QOLLAR: 
Nikoliks, 56, Priyoviç, 90+4

“Porto” (Portuqaliya) - “Roma” (İtaliya) - 1:1
QOLLAR: 
Silva, 61 (pen.) - Monteyro, 21 (öz qapısına)

“Vilyarreal” (İspaniya) - “Monako” (Fransa) - 1:2
QOLLAR: 
Pato, 36 - Fabinyo, 3 (pen.), Silva, 72