"Qarabağ" darmadağınla başladı
Azərbaycan çempionu "Qarabağ" bu gün Çempionlar Liqasında mübarizəyə başlayacaq. SportLine.az xəbər verir ki, ilk oyununa II təsnifat mərhələsində çıxacaq Ağdam təmsilçisinin rəqibi Gürcüstanın "Samtredia" klubu olacaq.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matçda "köhlən atlar"ı yalnız qələbə qane edəcək. Cütün favoriti hesab olunan Qurban Qurbanovun komandası bir həftə sonra oynanılacaq cavab matçına daha rahat çıxmaq üçün doğma azarkeşlər önündə etimadı doğrultmalıdır.
Qarşılaşmanı Türkiyə Futbol Federasiyasından Mete Kalkavan idarə edəcək.
Oyunun start fiti saat 21:00-da səslənəcək.
11 iyul 2017
Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyun
“Qarabağ” (Azərbaycan) – “Samtredia” (Gürcüstan) - 5:0
QOLLAR: Əfran İsmayılov, 11/p. (1:0); Dino Ndlovu, 37 (2:0); Dino Ndlovu, 45+1/p. (3:0); Donald Gerryer, 83 (4:0); Miçel, 90+2 (5:0)
“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 9. Dino Ndlovu, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 22. Əfran İsmayılov, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 91. Coşqun Diniyev
Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 17. Donald Gerryer, 20. Riçard Almeyda, 21. Arif Daşdəmirov, 44. Ağabala Ramazanov, 52. Yakub Jejniçak
“Samtredia”: 12. Omar Migineşvili, 3. Laşa Kasradze, 4. Nika Sandoxadze, 6. Culi Mancqaladze, 7. Davit Razamaşvili, 8. Teymuraz Markozaşvili, 10. Nikolozi Sabandze, 22. Giorgi Mçedlişvili, 24. Bakar Balde, 26. Giorgi Datunaşvili, 77. Quram Samuşia
Ehtiyat oyunçular: 30. İlya Sturua, 2. David Mtvilişvili, 11. Giorgi Beriaşvili, 14. Davit Jikia, 17. Akaki Ninua, 18. Jemal Qoqiaşvili, 21. Giqla Burkadze
Baş hakim: Mete Kalkavan
Baş hakimin köməkçiləri: Esat Sancaktar, Erdem Bayik
Dördüncü hakim: Halil Umut Meler (hamısı Türkiyə)
UEFA nümayəndəsi: Qrehem Hover (İngiltərə)
Hakim-inspektor: Vladimir Antonov (Moldova)
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu