ÇL: "Qarabağ"ın rəqibi məlumdur

Bu gün UEFA Çempionlar Liqasında 2016/2017 mövsümünün ilk iki təsnifat mərhələsinin püşkü atılıb. SportLine.az xəbər verir ki, Nyonda keçirilən mərasimdə "Qarabağ"ın da rəqibi müəyyənləşib. Püşk mübarizəyə ikinci təsnifat mərhələsindən qoşulacaq Ağdam təmsilçisinə Lüksemburqun "Düdelanj" komandasını rəqib seçib. Xatırladaq ki, "Qarabağ"ın potensial rəqibləri sırasında bu komanda ilə yanaşı, "Hapoel" (Byer-Şeva İsrail), "Olimpiya" (Sloveniya), "Vardar" (Makedoniya), "Liepaya" (Latviya) klubları da olub. 2-ci təsnifat mərhələsinin oyunları 12-13 və 19-20 iyul tarixlərində keçiriləcək