ÇL: "Qarabağ"ın III mərhələdəki rəqibi müəyyənləşdi

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılıb. SportLine.az xəbər verir ki, UEFA-nın Nyondakı mənzil qərargahında keçirilən mərasimdə Azərbaycan təmsilçisi - "Qarabağ" da rəqibini tanıyıb.

Beləliklə, Ağdam təmsilçisi "Samtredia" səddini adlayacağı təqdirdə “Şerif” (Moldova) - “Kukesi” (Albaniya) cütünün qalibi ilə qarşılaşacaq.


Püşkatmadan öncə komandalar qruplara bölünüb. Beləliklə, "Qarabağ"ın potensial rəqiblərinin də sayı azalıb. 

Mərhələni adlayacağı təqdirdə Ağdam təmsilçisi bu komandalardan biri ilə qarşılaşacaq:

“Partizan” (Serbiya) - “Buduçnost” (Monteneqro) cütünün qalibi
“Riyeka” (Xorvatiya) - TNS (Uels) cütünün qalibi
“Şerif” (Moldova) - “Kukesi” (Albaniya) cütünün qalibi
“Hapoel” (Beyer Şeva, İsrail) - “Honved” (Macarıstan) cütünün qalibi
“Vitorul” (Rumıniya)


Çempionlar

"Səpələnmişlər"

"Olimpiakos” (Yunanıstan)
"Linfild” (Şimali İrlandiya) - "Seltik” (Şotlandiya) cütünün qalibi
"Jilina” (Slovakiya) - "Kopenhagen” (Danimarka) cütünün qalibi
"Hibernians” (Malta) - "Zalsburq” (Avstriya) cütünün qalibi
"Jalgiris” (Litva) – "Lüdoqorets” (Bolqarıstan) cütünün qalibi
BATE (Belarus) - "Alaşkert” (Ermənistan) cütünün qalibi
"Mariehamn” (Finlandiya) - "Legiya” (Polşa) cütünün qalibi
APOEL (Kipr) - "Dudelanj” (Lüksemburq) cütünün qalibi
"Zrinski” (Bosniya və Herseqovina) - "Maribor” (Sloveniya) cütünün qalibi
"Qarabağ” (Azərbaycan) -"Samtredia” (Gürcüstan) cütünün qalibi

"Səpələnməmişlər"

"Malmö” (İsveç) - "Vardar” (Makedoniya) cütünün qalibi
"Spartak” (Latviya) - "Astana” (Qazaxıstan) cütünün qalibi
"Partizan” (Serbiya) - "Buduçnost” (Monteneqro) cütünün qalibi
"Riyeka” (Xorvatiya) - TNS (Uels) cütünün qalibi
"Dandalk” (İrlandiya) - "Rusenborq” (Norveç) cütünün qalibi
"Şerif” (Moldova) - "Kukesi” (Albaniya) cütünün qalibi
"Hapoel” (Beyer Şeva, İsrail) - "Honved” (Macarıstan) cütünün qalibi
"Slaviya” (Çexiya)
"Hafnarfyordur” (İslandiya) - "Vikinqur” (Farer adaları) cütünün qalibi
"Vitorul” (Rumıniya)

Qeyri-çempionlarlar

Səpələnmişlər

"Dinamo” (Kiyev, Ukrayna)
"Ayaks” (Hollandiya)
"Viktoriya” (Çexiya)
MOİK (Rusiya)
"Brügge” (Belçika)

Səpələnməmişlər

"Styaua” (Rumıniya)
"Yanq Boyz” (İsveçrə)
"Nitsa” (Fransa)
"Başakşehir” (Türkiyə)
AEK (Yunanıstan)