Con Arias İngiltərəyə klubuna transfer olacaq
"Fluminense"nin kolumbiyalı futbolçusu Con Ariasın yeni klubu bəlli olub.
Sportline.az ESPN nəşrinə istinadən xəbər verir ki, "Vulverhempton" Ariası heyətinə qatıb.
Brazilya klubu bu transferdən 22 milyon avro qazanacaq.
Qeyd edək ki, C.Arias ötən mövsüm meydana çıxdığı 35 matçda 4 qol 12 asistlə yadda qalıb.