Con Stounz "İnter"də
"Mançester Siti"dən azad agent kimi ayrılan Con Stounz karyerasını "İnter"də davam etdirəcək.
Sportline.az xəbər verir ki, bu haqda jurnalist David Ornşteyn məlumat yayıb.
32 yaşlı stopper transferi bu həftə açıqlanacaq.
Qeyd edək ki, Stounz 2016-cı ildən "Mançester Siti"də çıxış edib.