Conatan Ta İspaniya nəhənglərinin hədəfindədir

Transfer rəqabəti ilə dünya futbolunda iz qoyan İspaniya nəhəngləri “Real Madrid” və “Barselona” yenidən məşhur futbolçu üçün yarışa daxil olublar.

Sportline.az Almaniyalı jurnalist Kristian Falkın məlumatına istinadən xəbər verir ki, iki ispan nəhəngi "Bayer”nin alman müdafiəçisi Conatan Tanı heyətinə qatmaq istədiyi bildirilir.

Conatan Tanın hazır ki, transfer dəyəri 30 milyon avro olaraq təyin edilib.

Qeyd edək ki, Conatan Ta bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 10 matçda 1 qolla yadda qalıb.