Conson komandasını dəyişəcək

"Tottenhem"in futbolçusu Brennan Conson yanvar ayında klubdan ayrıla bilər.

Sportline.az xəbər verir ki, "Kristal Pelas" və "Aston Villa" sözügedən oyunçu ilə yaxından maraqlanır.

Bu haqda "Team Talk" nəşri məlumat yayıb.

Qeyd edək ki, B.Conson cari mövsüm meydana çıxdığı 21 matçda rəqib qapılarından 4 top keçirib.