Daha bir alman klubu "İnter"ə rəqib oldu

Gələn ay Antalyaya təlim-məşq toplanışına yollanacaq Bakı "İnter"inin yoxlama görüşü keçirəcəyi daha bir rəqibi müəyyənləşib.

SportLine.az xəbər verir ki, paytaxt təmsilçisi Almaniyanın şimal-şərq regional liqasında mübarizə aparan "Nordhauzen" klubu ilə qarşılaşacaq.

Almaniya klubunun rəsmi saytı həmin matçın yanvarın 23-də keçiriləcəyini yazıb.

Qeyd edək ki, yanvarın 3-dən 23-nə qədər Türkiyənin Antalya şəhərində toplanışda olacaq "İnter" yanvarın 12-də Almaniyanın digər təmsilçisi "Verder"in əvəzedici komandası ilə qarşılaşacaq.

Banner