Daha bir futbolçu "Xəzər Lənkəran"ı tərk etdi
Son günlər bir neçə futbolçusu ilə yollarını ayıran "Xəzər Lənkran"ı daha bir futbolçu tərk edib. SportLine.az xəbər verir ki, söhbət qapıçı Orxan Sadıqlıdan gedir.
Tərəflər qarşılıqlı razılıq əsasında müqaviləyə xitam veriblər. Futbolçu azad agent statusu alaraq özünə yeni klub axtarmağa başlayıb.