Daha bir ulduz "Fiorentina"da
İtaliyanın “Fiorentina” klubu heyətini gücləndirməkdədir.
Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, florensiyalılar məşhur ispan hücumçu Xose Kalyexonun transferini də rəsmiləşdiriblər.
Son yeddi mövsümü “Napoli”də keçirən təcrübəli futbolçu ilə müqavilənin müddəti açıqlanmır.
33 yaşlı forvard Madrid “Real”ının yetirməsidir. O, karyerası ərzində “Espanyol”da da çıxış edib. 2013-cü ildən “Napoli”də oynayan Kalyexon, neapolluların heyətində meydana çıxdığı 349 görüşdə 82 qol və 78 məhsuldar ötürmənin müəllifidir.