Daliç İtaliya ilə oyundakı hədəfi açıqladı
Bu gün Avropa çempionatının qrup mərhələsinin 3-cü turunun daha iki oyunu keçiriləcək.
Sportline.az xəbər verir ki, maraqlı görüşlərdən birində Xorvatiya və İtaliya seçmələri üz-üzə gələcəklər.
Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç oyunla bağlı fikirərini bölüşərkən meydana yalnız qələbə üçün çıxacaqlarını vurğulayıb.
"Bu bizim üçün tarixi oyunlar sırasındadır. Qarşılaşmaya hazırıq. Hər şeyin yaxşı alınacağına ümidliyik. Vidanı çıxmaq şərti ilə hamı sağlamdır. Pley-offa adlamaq üçün mütləq qalib gəlməliyik. Evə vaxtından əvvəl qayıtmaq istəmirik", - deyə Daliç UEFA-nın rəsmi saytına müsahibəsində bildirib.
Qeyd edək ki, aktivində 1 xalı olan Xorvatiya ilə 4 xalla ikinci pillədə qərarlaşan İtaliyanın görüşü bu gün Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.