DÇ-2016: Millimiz İspaniyaya qarşı
Kolumbiyada futzal üzrə Dünya çempionatı davam edir.
SportLine.az xəbər verir ki, tarixində ilk dəfə Mundiala vəsiqə qazanan Azərbaycan seçməsi bu gecə ikinci oyununa çıxacaq. Rəqib ikiqat dünya, yeddiqat Avropa çempionu İspaniya millisi olacaq.
İlk oyunda Mərakeşə aman verməyən Miltinyonun komandası bu dəfə güclü rəqiblə dueldə sərfəli nəticə əldə etmək niyyətindədir. Pireney təmsilçisi isə meydana favorit statusunu təstiqləmək üçün çıxacaq.
16 sentyabr 2016
Futzal, DÇ-2018
"F" qrupu, 2-ci tur
03:00. Azərbaycan - İspaniya
Medelyin