De Zerbi İngiltərəyə qayıdacaq

Roberto De Zerbi "Tottenhem"in yeni baş məşqçisi olacaq.

Sportline.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira X sosial media platformasında məlumat yayıb.

Mütəxəssisin London klubu ilə müqaviləsi 5 illik olacaq.

De Zerbi və "Tottenhem" hazırda məşqçilər heyətinin formalaşdırılması üzərində işləyirlər.

Qeyd edək ki, De Zerbi əvvəllər də İngiltərə Premyer Liqasında çalışıb. 

İtaliyalı məşqçinin son iş yeri isə Fransanın "Marsel" komandası olub.

Banner