Dembele klubu ilə razılığa gələ bilmir
PSJ-nin hücumçusu Usman Dembeləyə yeni müqavilə ilə bağlı təklif irəli sürülüb.
Sportline.az xəbər verir ki, Paris təmsilçisi futbolçuya illik 30 milyon avro maaş təklif edib. Ancaq bu variant qəbul olunmayıb, çünki oyunçunun yaxın çevrəsi bunun iki qatından artıq məbləğ istəyir.
Hazırda tərəflər 2028-ci ilin yayına qədər davam edən müqavilənin uzadılması mövzusunda ortaq məxrəcə gələ bilməyiblər.