Denzel Dumfiris "Liverpul"a keçidi gündəmdir - Masada 21 milyon avro olacaq

"İnter"in sağ cinah müdafiəçisi Denzel Dumfiris yayda karyerasını İngiltərədə davam etdirə bilər.

Sportline.az "Team Talk"a istinadən xəbər verir ki, 29 yaşlı futbolçunu "Liverpul" heyətində görmək istəyir.

Mersisayd təmsilçisi bu keçid üçün qarşı tərəfə 21 milyon avro təklif edib.

Qeyd edək ki, "İnter" Dumfirisi satmağa hazırdır.