Di Mariya İbrahimoviçdən öndə
Fransa "I Liqa"sında dekabr ayındakı ən yaxşı oyunçusu açıqlanıb. SportLine.az xəbər verir ki, Fransa Peşəkar Futbolçular Assosiasiyasının keçirdiyi sorğu əsasında PSJ-nin argentinalı yarımmüdafiəçisi Anxel di Mariya bu ada layiq görülüb. O, səsvermədə “Anje”nin üzvü Şeyk Ndoye və komanda yoldaşı Zlatan İbrahimoviçi qabaqlayıb.