Dimarko İngiltərə yolunda
"Mançester Yunayted" Federiko Dimarkonu heyətinə qatmaq üçün hərəkətə keçib.
Sportline.az xəbər verir ki, bu haqda "Calciomercato" nəşri məlumat yayıb.
28 yaşlı sol cinah müdafiəçisinin dəyəri 50 milyon avrodur.
Qeyd edək ki, F.Dimarko cari mövsüm meydana çıxdığı 32 matçda 6 qol, 14 asistlə yadda qalıb.