Din Henderson "Tottenhem"ə gedir

"Kristal Pelas"ın qapıçısı Din Henderson yayda "Tottenhem"ə gedəcək.

Sportline.az xəbər verir ki, bu haqda "Football İnsider" nəşri məlumat yayıb.

28 yaşlı futbolçu cari mövsüm meydana çıxdığı 37 matçda qapısında 41 top görüb.

Qeyd edək ki, D.Hendersonun dəyəri 28 milyon avrodur.