"Dinamo"nun kapitanı Paraqvayın 2024 Olimpiyada heyətinə daxil olub
Moskva "Dinamo"sunun müdafiəçisi və kapitanı Fabian Balbuena 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarında Paraqvayın 23 yaşadək futbolçulardan ibarət milli komandasında çıxış edəcək futbolçuların siyahısına daxil edilib.
Sportline.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi hesabı məlumat yayıb.
Xəbərdə bildirilir ki, Paraqvay Futbol Assosiasiyası 18 futbolçudan ibarət yekun heyəti açıqlayıb.
Olimpiya futbol turnirinin qaydalarına əsasən, bir komandada 23 yaşdan yuxarı üç oyunçu ola bilər. Belə ki, 32 yaşlı Balbuena bu oyunçulardan biri olub.
Qeyd edək ki, Olimpiadada futbol turniri iyulun 24-dən avqustun 10-dək keçiriləcək. Paraqvay millisi Yaponiya (24 iyul), İsrail (27 iyul) və Mali (30 iyul) ilə eyni qrupda çıxış edəcək.