Diniyev yeni klubu ilə müqavilə bağladı
Kərim Diniyevin yeni klubu müəyyənləşib.
Sportline.az xəbər verir ki, o, mövsümü "Keşlə"nin heyətində keçirəcək.
Klubun rəsmi "facebook" səhifəsində yayılan xəbərə görə, 27 yaşlı müdafiəçi ilə müqavilə imzalanıb.
O, 1 il müddətində paytaxt klubunun şərəfini qoruyacaq.