Disasi birdəfəlik "Vest Hem"ə transfer olacaq
"Vest Hem"də icarə əsasında çıxış edən Aksel Disasi "çəkiç döyənlər"ə birdəfəlik transfer ola bilər.
Sportline.az xəbər verir ki, bu haqda "Football İnsider" nəşri məlumat yayıb.
28 yaşlı stopper müqavilə əsasında "Çelsi"yə məxsusdur.
Qeyd edək ki, A.Disasi cari mövsüm 11 rəsmi matçda meydanda olub.