Dmitri Nazarovun yeni komandası bəlli oldu

"Karlsrue" ilə yollarını ayıran Dmitri Nazarovun yeni komandası müəyyənləşib. SportLine.az xəbər verir ki, Azərbaycan millisinin üzvü bundan sonra "Aue"nin şərəfini qoruyacaq. 26 yaşlı futbolçu "II Bundesliqa" təmsilçisi ilə 2 il müddətinə razılığa gəlib. 

Qeyd edək ki, Nazarov millimizdə keçirdiyi 18 oyunda 5 qol vurub.