Dodo PAOK-la oyunu buraxacaq
Avropa Liqasının qrup mərhələsində PAOK-la qarşılaşacaq “Qəbələ” Yunanıstana ciddi itki ilə yollanacaq.
SportLine.az Qol.Az saytına istinadən xəbər verir ki, komandanın kapitanı Dodo zədə səbəbindən bu görüşü buraxacaq.
Premyer Liqamızın 12-ci turunda “İnter”lə oyunda əzələsi dartılan braziliyalı yarımmüdafiəçi hazırda vətənində müalicə olunur.
Zədədən əziyyət çəkən digər futbolçular – Dmitri Bezotosnı, Sergey Zenyov və Ermin Zets isə komanda ilə məşqlərə qoşulub. Lakin onların noyabrın 26-da PAOK-la görüşdə iştirak edib-etməyəcəyi hələ ki, dəqiqləşməyib.