Donnaruma İngiltərə nəhənginə transfer olmaqda israrlıdır
"Paris Sen-Jermen"dən ayrılan italiya qapıçı Canluici Donnaruma "Mançester Siti"yə transfer olmaqda israrlıdır.
Sportline.az xəbər verir ki, 26 yaşlı futbolçu maaşının azalmasına belə razıdır.
Bu haqda "Sky Sports" nəşri məlumat yayıb.
C.Donnarumanın transfer qiyməti 30 milyon avrodur.
Qeyd edək ki, təcrübəli kiper PSJ-yə 2021-ci ildə transfer olunmuşdu.