Donnaruma “Mançester Siti”də - Rəsmi
“Manchester Siti” klubu yeni transferini açıqlayıb.
Sportline.az xəbər verir ki, İngiktərə klubu PSJ-dən İtaliya millisinin üzvü Cianluici Donnarummanı heyətinə qatıb.
25 yaşlı qolkiperlə 5 illik müqavilə imzalanıb.
Transferin məbləği təxminən 26 milyon funt sterlinqdir.