Donnaruma PSJ-dən ayrılır
PSJ “Lill”dən qapıçı Lukas Şevalyeni heyətinə qatdıqdan sonra Canluici Donnarumma ilə yollarını ayırmağı düşünür.
Sportline.az“Sky Sports”a istinadən xəbər verir ki, “Mançester Yunayted” və “Çelsi” klubları İtaliya millisinin qapıçısını transfer etmək istəyir.
Paris təmsilçiləri müqaviləsinin bitməsinə bir il qalmış Donnarummanı sataraq ondan gəlir əldə etmək niyyətindədirlər.
Klub 26 yaşlı qapıçı üçün 20-30 milyon avro aralığında təklif gözləyir.