"Barselona" "Borussiya" qarşısına belə çıxacaq

Bu gün UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək.

Sportline.az xəbər verir ki, “Borussiya Dortmund” “Siqnal İduna Park”da “Barselona” ilə üz-üzə gələcək. İlk oyunda "Barselona" rəqibi 4:0 hesabı ilə qalib gəlmişdi.

Almaniya klubunda itkilərin sayı kifayət qədərdir. Kol Kampel, Fllippo Mane, Niko Şloterbek və Marsel Sabitze baş məşqçi Niko Kovaçın sərəncamında olmayacaq.

“Barselona”da isə qapıçı Mark Andre Ter Ştegen, Alexandro Balde, Mark Bernal və Mark Kasado iştirak ərzəsində yer almayıb.

Oyunun ədalət təmsilçisi italiyalı Maurizio Mariani olacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.