Dua Lipa "Arsenal"ın matçını stadiondan izləyib
İngiltərənin məşhur müğənnisi Dua Lipa "Arsenal" - "Aston Villa" matçını stadiondan izləyib.
Sportline.az xəbər verir ki, oyun zamanı kameraların Dua Lipaya düşdüyü anlar pərəstişkarlarının diqqətini çəkib və sosial mediada yayılıb.
30 yaşlı pop artistin ailəsi "Arsenal" klubuna azarkeşlik edir.
Qeyd edək ki, Dua Lipanın "İnstagram"da 89 milyon izləyicisi var.



