"Düdelanj" - "Qarabağ" matçının vaxtı açıqlandı
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Düdelanj" - "Qarabağ" oyununun başlanma saatı müəyyənləşib. SportLine.az xəbər verir ki, iyulun 20-ə təyin olunan görüşün start fiti Bakı vaxtı ilə 20:00-da səslənəcək.
Qeyd edək ki, bu komandalar arasında ilk oyun iyulun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Matç saat 21:00-da başlayacaq.