Dünya Çempionatında videotəkrardan istifadə olunacaq
Gələn il Rusiyada keçiriləcək futbol üzrə Dünya Çempionatında videotəkrardan istifadə olunacaq. SportLine.az sports.ru saytına istinadən xəbər verir ki, bu barədə FİFA prezidenti Canni İnfantino məlumat verib.
Onun sözlərinə görə, bu, mübahisəli epizodların sayının azalmasına kömək olacaq.
Qeyd edək ki, videotəkrardan rəsmi şəkildə ilk dəfə klublararası dünya çempionatı çərçivəsində keçirilən “Atletiko Nasional” – “Kaşima” oyununda istifadə edilib. Növbəti mövsümdə İtaliya A Seriyasında da bu texnologiyadan istifadə nəzərdə tutulub.