Dünya çempionu koronavirusun qurbanı oldu

İngiltərə millisi və "Lids Yunayted"in keçmiş futbolçusu Norman Hanter pandemiyanın qurbanı olub.
 
Sportline.az xəbər verir ki, o, 76 yaşında koronavirusdan dünyasını dəyişib.
 
"Lids Yunayted" klubunun yaydığı bəyanatda bildirilir:
 
"Ötən həftə Normanın koronavirusa yoluxduğu məlum olmuş və o, xəstəxanaya yerləşdirilmişdi. Mübarizə aparmasına  baxmayaraq, bu gün səhər Norman həyata gözlərini yumub.
 
Norman "Lids Yunayted"in tarixində böyük iz buraxıb. Onun irsi həmişə yaşayacaq. Normanın ailəsinə və dostlarına başsağlığı veririk".
 
Hanter 1966-cı ildə keçirilən dünya çempionatının qalibi idi. O, 14 il formasını tərlətdiyi Lids"in heyətində isə iki dəfə İngiltərə çempionluğunu bayram etmişdi.