Dünya çempionu məlum oldu

Misirdə kişi həndbolçuların dünya çempionatı başa çatıb.

Sportline.az xəbər verir ki, final görüşündə Danimarka və İsveç komandaları münasibətləri aydınlaşdırıblar. Gərgin və maraqlı mübarizə ilə yadda qalan oyunda Danimarka millisinin imkanlarını yüksək qiymətləndirənlər yanılmayıblar.

İsveç həndbolçularının ciddi müqavimətinə baxmayaraq, yüksək əzmkarlıq göstərən danimarkalılar 26-24 hesabı ilə qələbə çalaraq dünya çempionu tutulunu qoruyublar.

Bürünc medallar uğrunda oyunda isə, İspaniya millisi Fransa seçməsini 35-29 hesabı ilə məğlub edib.