Dünya çempionu "Qalatasaray"a keçə bilər
"Qalatasaray" daha bir ulduz futbolçunun keçidinə hazırlaşır.
Sportline.az İtalyan jurnalist Matteo Morettonun məlumatına istinadən xəbər verir ki, "Qalatasaray"ın rəhbərliyi "İnter"də çıxış edən fransalı futbolçu Benjamin Pavar üçün hərəkətə keçib.
Klub futbolçunu icarəyə götürmək niyyətindədir və "İnter"lə ilkin təmaslar artıq qurulub.
Qeyd edək ki, Pavarın transfer qiyməti 30 milyon avrodur.