Dünya çempionumuza rütbə verildi

Sərbəst güləş üzrə seçmə komandamızın lideri, Sərhəd Qoşunlarının zabiti Hacı Əliyevə növbəti hərbi rütbə verilib.

Sportline.az xəbər verir ki, o, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin əmri ilə baş leytenant rütbəsinə layiq görülüb.

Bunadək leytenant rütbəsini daşıyan 28 yaşlı üçqat dünya və Avropa çempionu olan güləşçimizə növbəti rütbəsi vaxtından əvvəl verilib.