Dünya çempionumuzun ölüm səbəbi təsdiqləndi
Səhiyyə Nazirliyi idmançı Xamis Məmmədovun ölümü ilə bağlı rəsmi açıqlama yayıb.
Sportline.az xəbər verir ki, bu barədə nazirliyin Mətbuat xidmətindən "Report"a bildirilib.
Qeyd olunub ki, X.Məmmədov yanvarın 24-də Sabunçu rayon 3 saylı şəhər xəstəxanasına kəskin pnevmoniya diaqnozu ilə ağır vəziyyətdə gətirilib: "Aparılan bütün reanimasiyon tədbirlərə baxmayaraq Xamis Məmmədov yanvarın 26-da dünyasını dəyişib. Yaxınları meyitin tibbi ekspertizaya göndərilməsinə qəti etiraz ediblər.
Bu səbəbdən, yalnız ilkin rəyə əsasən xəstəyə ağciyərlərin tromboemboliyası diaqnozu qoyulub".