Dünya kuboku ilə bağlı qərar

Koronavirus səbəbindən dayandırılan idman gimnastikası üzrə Dünya Kuboku barədə qərar verilib.

Sportline.az xəbər verir ki, Bakıda keçirilən turnirdə İcraiyyə Komitəsi yarışdakı nəticələrə uyğun olaraq Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xalları veriləcəyini bildirib. Seçmə mərhələnin nəticələri yekun hesab olunacaq və reytinq xalları məhz buna görə idmançılara veriləcək.

Qeyd edək ki, Dünya Kuboku martın 13-də koronavirusa görə dayandırılıb. İlk iki gündə təsnifat yarışları olub.

14 - 15 martda final mərhələləri keçirilməli idi.