Dünyanın ən bahalı futbolçuları

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) Avropanın 5 ən böyük çempionatlarında çıxış edən futbolçuların qiyməti ilə bağlı monitorinq keçirib. SportLine.az xəbər verir ki, araşdırma nəticəsində futbolçuların dəyərləri müəyyənləşdirilib. Bu zaman futbolçuların hazırkı vəziyyəti, müqavilə şərtləri, uğurları və s. məqamlar nəzərə alınıb. 

Siyahıya "Barselona" klubunun lideri Lionel Messi başçılıq edir. Kriştiano Ronaldo isə 4-cüdür:

1. Lionel Messi ("Barselona") - 250 milyon 700 min avro
2. Neymar ("Barselona") - 152 milyon 700 min avro
3. Eden Hazard ("Çelsi") - 130 milyon 500 min avro
4. Kriştiano Ronaldo ("Real") - 114 milyon avro
5. Harri Keyn ("Tottenhem") - 91 milyon 300 min avro
6. Rahim Sterlinq ("Mançester Siti") - 98 milyon 800 min avro
7. Antuan Qrizmann ("Atletiko") - 88 milyon 300 min avro
8. Luis Suares ("Barselona") - 86 milyon 300 min avro
9. Serxio Aquero ("Mançester Siti") - 82 milyon 100 min avro
10. Aleksis Sançes ("Arsenal") - 81 milyon 900 min avro