Dünyanın ən varlı 10 futbolçusu
Goal.com saytı dünyanın ən varlı 10 futbolçusunun adını açıqlayıb. SportLine.az xəbər verir ki, siyahıda hazırda karyeralarına davam edənlərlə yanaşı, futbol həyatını bitirən Raul Qonzalez və Ronaldinio da yer alıb. Maraqlıdır ki, bir vaxtlar "dünyanın ən varlı idmançıları" siyahılarında zirvədə qərarlaşan Devid Bekhemin adı "10-luq"da yoxdur:
| FUTBOLÇU | ÜMUMİ SƏRVƏTİ (milyon avro ilə) |
| Kriştianu Ronaldu | 230 |
| Lionel Messi | 218 |
| Neymar | 148 |
| Zlatan İbrahimoviç | 114 |
| Ueyn Runi | 112 |
| Rikardo Kaka | 108 |
| Samuel Eto'o | 98 |
| Raul Qonzalez | 95 |
| Ronaldinio | 93 |
| Frenk Lempard | 90 |