Duqlas Luiz İngiltərəyə qayıdır

"Yuventus"un brazilyalı futbolçusu Duqlas Luiz karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportline.az "Team Talk" nəşrinə istinadən xəbər verir ki, "Everton" sözü gedən futbolçunun xidmətində maraqlıdır.

Mersisayd klubu Duqlas üçün 30 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, 27 yaşlı yarımmüdafiəçinin "Yuventus"la müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.

Duqlas Luiz karyerası ərzində "Yuventus"la yanaşı, "Vasko", "Mançester Siti", "Jirona" və "Aston Villa" kimi klublarda çıxış edib.