Duşan Tadiçə sürpriz təklif
Fənərbağçanın futbolçusu Duşan Tadiçə təkliflər gəlməyə davam edir.
Sportline.az Aspor.com.tr-ə istinadla xəbər verir ki, yarımmüdafiəçi MLS-dən təklif alıb.
36 yaşlı serbiyalının köhnə komandası Ayaksa keçməsi gündəmdə idi.
Fənərbağça yeni mövsümdən istənilən performansı göstərməyən Tadiçi heyətində düşünmür.
Qeyd edək ki, karyerası ərzində 660 matçda iştirak edən futbolçu bu matçlarda 202 qol 232 məhsuldar ötürmə ilə fərqlənib.