Duşan Tadiçin yeni klubu bilinib
"Fənərbağça"dan azad agent kimi ayrılan serbiyalı futbolçu Duşan Tadiç karyerasını "Əl-Vahda" klubunda davam etdirəcək.
Sportline.az xəbər verir ki, bu haqda Səudiyyə Ərəbistanı klubunun rəsmi saytı məlumat yayıb.
Oyunçu yeni klubu ilə 1+1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Tadiç karyerası ərzində "Fənərbağça" ilə yanaşı, "Voyvodina", "Qroningen", "Tvente", "Sounthempton" və "Ayaks" kimi klubların şərəfini qoruyub.