Eddi oynadı, komandası qalib gəldi
Azərbaycan millisinin üzvü Eddi İsrafilovun şərəfini qoruduğu "Kadis" İspaniya Sequndasında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib "Numansiya" kollektivi olub.
Qarşılaşma "Kadis"in qələbəsi ilə yekunlaşıb - 3:0.
E.İsrafilov 72-ci dəqiqədə meydana daxil olub.
Qeyd edək ki, 27 oyundan sonra hesabında 44 xal olan “Kadis” 22 komanda arasında 3-cüdür.