Eden Azar Bakı səfərində qələbəyə ümidlidir
"Çelsi"nin ulduzu Eden Azar Britaniya mətbuatına Bakı səfəri ilə bağlı fikirlərini bölüşüb. Sportline.az xəbər verir ki, belçikalı futbolçu noyabrın 22-də “Qarabağ”la qarşılaşmada qələbəyə ümid etdiyini bildirib. Bakı səfərindən 3 gün sonra Premyer Liqada “Liverpul”un qonağı olacaq "Çelsi"nin hücumameyilli oyunçusu hədəflərini açıqlayıb: “Çox çətin həftəyə giririk. Əvvəlcə Çempionlar Liqasında “Qarabağ”la səfərdə üz-üzə gələcək, ardından isə “Liverpul”un qonağı olacağıq. Bu səfərlərdən qələbə ilə ayrılmaq niyyətindəyik. Bu sıx təqvimdən uğurlu nəticələrlə çıxmaq üçün kifayət qədər zəngin heyətə sahibik. Həm Premyer Liqada, həm də Çempionlar Liqasında hədəfimiz böyük olduğundan, nəticələrimizi də buna uyğun əldə etməliyik”.