Ederson “Atalanta”dan ayrıla bilər

“Atalanta”nın brazilyalı futbolçusu Ederson mövsümün sonunda klubdan ayrıla bilər.

Sportline.az insayder Romulo Ciakominin məlumatına istinadən xəbər verir ki, “Liverpul”, “Mançester Siti”, “Mançester Yunayted” və “Real Madrid” Edersonun xidmətində maraqlıdır.

“Atalanta” Edersonun transfer qiymətini 50 milyon avro olaraq təyin edib.

Qeyd edək ki, 25 yaşlı futbolçu cari mövsüm çıxış etdiyi 23 matçda 2 qol və 1 asistlə yadda qalıb.