Ederson "Atalanta"dan ayrılacaq
"Mançester Yunayted" "Atalanta"nın brazilyalı futbolçusu Edersonu transfer etmək istəyir.
Sportline.az "Quotidiano Sportivo"ya istinadən xəbər verir ki, İngiltərə klubu Ederson üçün "Atalanta"ya 50 milyon avro ödəməyə hazırdır.
25 yaşlı futbolçu bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 43 matçda 4 qol və 2 asistlə yadda qalıb.
Qeyd edək ki, Edersonun "Atalanta" ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.