Ederson "Mançester Yunayted"in hədəfindədir

"Atalanta"nın futbolçusu Ederson "Mançester Yunayted"in maraq dairəsindədir.

Sportline.az xəbər verir ki, bu haqda "Tutto mercato" məlumat yayıb.

Berqamo klubu brazilyalı oyunçu üçün ən azı 30 milyon avro tələb edir.

Qeyd edək ki, Ederson bu mövsüm meydana çıxdığı 31 matçda 2 qol, 1 asistlə yadda qalıb.