Edin Cekonun əvəzinə o gəlir

''Fənərbağça'' ulduz futbolçunu heyətinə qatmağa hazırlaşır.

Sportline.az xəbər verir ki, söhbət Conatan Deyviddən gedir.

Sezon sonunda komandanı tərk edəcək Edin Cekonun əvəzinə Jose Maurinyo kanadalı hücumçunu görmək istəyir.

''Fənərbağça'' ilə yanaşı ''Arsenal'', ''Barselona'' və ''İnter'' də bu transferdə israrlıdır.

Qeyd edək ki, ''Fənərbağç''a 25 yaşlı hücumçuya illik 7.5 milyon avro təklif etməyə hazırlaşır.